Noyabrın 1-də keçiriləcək parlament seçkilərinə hazırlaşan Türkiyədə partiyaların namizədlər siyahısı açıqlanıb.
Vətəninfo.az-ın məlumatına görə, Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ədalət və İnkişaf Partiyası (AKP) siyahını hələ açıqlamasa da, siyasi kulislərdə müxtəlif iddialar irəli sürülür.
Gündəmə bomba kimi düşən iddialardan biri prezident Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyyə Ərdoğan və Milliyyətçi Hərəkat Partiyasından (MHP) çıxarılan Sinan Oğanın AKP-nin namizədlər siyahısına salınması ilə bağlıdır. Sinan Oğanın İğdırda əhəmiyyətli siyasi çəkisi olsa da, hesab edilir ki, MHP-də olduğu dönəmdə Ərdoğanı kəskin tənqid etməsi onun namizədliyini arxa plana keçirə bilər.
Məlumata görə, baş nazir AKP-nin sədri Əhməd Davudoğlunun sirr kimi saxladığı namizədlər siyahısı dünən, demək olar ki, tamamlanıb. Bu gün siyahının dəqiqləşəcəyi bildirilir. Ehtimallara görə, keçmiş və hazırkı nazirlər öz seçki bölgələrindən namizəd göstəriləcək.
Kulislərdə gəzən digər bir iddiaya görə, Rəcəb Tayyib Ərdoğanın kürəkəni Berat Albayrak da millət vəkilliyinə namizəd olacaq.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL