Arsen Baqdasaryan məhkəmədə hakimdən aman diləyib.
Gəncə şəhərində erməni kəşfiyyatçının apellyasiya şikayəti üzrə məhkəmədə Baqdasaryan Arsen Eduardoviç hakimdən aman diləyib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən Baqdasaryan Azərbaycan vətəndaşı olduğunu, əməlindən peşman olduğunu deyib.
“Mən Qarabağda doğulmuşam. Azərbaycan vətəndaşıyam. Etdiyim cinayətdən çox peşmanam. Sizdən mərhəmət gözləyirəm. Azərbaycan vətəndaşı olduğuma görə istəyirəm ki, humanistlik edib cəzamı azaldasınız”, - deyə A. Baqdasaryan bildirib.
Qeyd edək ki, A.Baqdasaryan 1994-cü il aprelin 23-də Azərbaycanın Xankəndi şəhərində anadan olub. O, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Cəzanın onun saxlanıldığı gündən, ötən il dekabrın 26-dan hesablanacağı bildirilib.
Məhkəmənin hökmü ilə Arsen Baqdasaryan məhkəmə xərclərini (665 manat 45 qəpik) ödəməkdən azad olunub.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL