Ermənistan və erməni lobbisi Atatürk Hava Limanı və Çankaya köşkünün ərazisinə iddia edir. Bu barədə Trend Türkiyənin "Habertürk" qəzetinə istinadən məlumat verir. Qəzetin məlumatına əsasən, qondarma “soyqırım”ın yüz illiyi münasibətilə Ermənistan və erməni lobbisi Türkiyə qarşısında ermənilərin 1915-ci il hadisələri zamanı tərk etdiyi ərazilərin onlara qaytarılması üçün vəsatət qaldırıblar. O da qeyd olunur ki, ABŞ-da yaşayan erməni əsilli yazıçı Harut Sassouniyan yaxın vaxtlarda bu vəsatətin təmin edilməsi üçün ciddi addımlar atacağını qeyd edib. Məlumat üçün bildirək ki, bu il yanvarın 3-də ABŞ-da yaşayan erməni əsilli Zuart Suciyan Türkiyənin Diyarbəkir Hava Limanının ərazisinin onun babasına məxsus olduğu barədə vəsatət qaldırıb. Məlumata əsasən, Z.Suciyan Türkiyə məhkəməsinə müraciət edərək həmin ərazilərin onun babasına aid olduğunu təsdiq edən sənədləri təqdim edib. Hazırda Z.Suciyanın təqdim etdiyi sənədlərin Türkiyə arxivlərində olan sənədlərlə uyğun olub-olmadığı araşdırılır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR