Ermənistanda parlament seçkiləri ilə bağlı cinayət işi açıldı

Ermənistanda parlament seçkiləri ilə bağlı cinayət işi açıldı
Ermənistan Baş Prokurorluğu tərəfindən bazar günü keçirilən parlament seçkiləri zamanı təkrar səsverməyə cəhd faktları ilə bağlı 6 cinayət işi açılıb.

Miq.az APA-ya istinadən xəbər verir ki, bir cinayət işi üzrə 1 nəfər saxlanılıb.
 
Baş Prokurorluqdan bildirilib ki, 392 müraciət üzrə seçki cinayəti əlaməti müşahidə edilib: "Onlardan 121-i başqasının yerinə səs vermə və ya təkrar səs vermə, 115-i seçicinin özünüifadə hüququna maneə, 77-si gizli səsvermə hüququnun pozulması, 63-ü KİV nümayəndələrinin, komissiyanın, müşahidəçilərin fəaliyyətinə əngəl törətmə, 15-i rüşvət verməyə cəhd və biri seçici siyahısının tərtib olunması zamanı pozuntuya yol verməklə bağlı olub".
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az