Ermənistanda yeni oyun: Sərkisyan ilk addımı atdı - Gərginlik

Ermənistanda yeni oyun: Sərkisyan ilk addımı atdı - Gərginlik

İki il yarımdır ki, tolerantlıq nümayiş etdirərək susan, Baş nazir Paşinyanın bəzi anti-konstitusya addımlarını görməzdən gələn Ermənistan Prezidenti Armen Sərkisyan yeni oyuna başlayıb.

Miq.Az xəbər verir ki, bu barədə erməni mətbuatı bildirir.

Qeyd edilir ki, Baş nazir Nikol Paşinyanın istefa tələbini səsləndirməsi əslində Armen Sərkisyana xalqın əhval-ruhiyyəsini araşdırmaq baxımından vacib olub. Ayrıca Prezidentin mövcud reallıqlardan üzüağ çıxmaq, həmçinin qarşıdakı parlament seçkilərində iştirak etmək, qalib gəlmək və komandasını erməni parlamentinə daxil etmək kimi niyyətləri olduğu iddia edilib.

İddia edilir ki, Sərkisyan Ermənistandakı bəzi İngilis dairələrinin açıq istəklərini müdafiə edərək seçkilərdə iştirak edəcək. Hazırda prezident onun maraqlarını parlamentdə təmsil edəcək insanları müəyyənləşdirir.

Xatırladaq ki, bundan öncə də erməni mətbuatı prezidentin yaranan ab-havadan istifadə edərək Ermənistanda real hakimiyyətə iddia etdiyi haqda fikirlərə yer verilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az