Pakistanda sərnişin qatarı dəmiryolu körpüsünün üzərindən keçərkən qəzaya düşüb.
Vətəninfo.az Anspress-ə istinadla xəbər verir ki, Qujranvala şəhərində baş verən hadisə nəticəsində qatarın iki vaqonu çaya aşıb. Dəhşətli hadisə zamanı 12 nəfər dünyasını dəyişib. Son məlumatlara görə, sərnişin qatarından 80 nəfər xilas edilib. Qəza yerinə iki helikopter və xilasedicilərdən ibarət bir dəstə göndərilib.
Çaya düşən qatarın əsgərləri daşıdığı məlum olub. Qəzanın baş verdiyi bölgədə dəmiryolu xəttinin istismarı müvəqqəti olaraq dayandırılıb. Körpünün baxımsız vəziyyətdə olduğu üçün ucduğu iddia olunur.
Pakistan baş naziri Navaz Şərif bütün imkanların səfərbər edilməsi üçün təlimat verib. Ölkə rəsmiləri hadisənin hər hansı bir təxribat olmadığını söyləyib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL