Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atası, Milli Məclisin üzvü Fəttah Heydərovun Azərbaycan Ağsaqqallar Şurasının sədri təyin ediləcəyi haqda informasiya yayılıb. Xəbəri yayan moderator.az saytı bildirir ki, bu qərar yaxın günlərdə elan olunacaq.
Yada salaq ki, Ağsaqqallar Şurasının sədri, akademik Budaq Budaqov noyabrın 1-də vəfat edib. Etibarlı qaynaqlar bildirir ki, bu yerə bir neçə nəfərin namizədliyi müzakirə edilib. Ancaq potensial namizədlər arasında üstünlük Fəttah Heydərova verilib. F.Heydərovun deputat olması, ən önəmlisi isə səhhəti ilə bağlı hər hansı problem yaşamaması qərara təsir edən əsas amillərdən olub: “Təyinat zamanı Fəttah Heydərovun əlindəki təsir rıçaqları ilə daha çox iş görə biləcəyi də nəzərə alınıb. Onun Ağsaqqallar Birliyinə sədrliyi hələ rəsmiləşməsə də artıq birliyə de-fakto rəhbərliyi həyata keçirir. Hətta dekabrın 10-11-də İzmirdə keçirilən Türk Dünyası Ağsaqqallarının IV toplantısında Azərbaycan Ağsaqqallar Şurasını Fəttah Heydərov təmsil edib”.
Yada salaq ki, uzun illərdir Ağsaqqallar Şurasının sədr müavini vəzifəsini daşıyan F.Heydərov SSRİ dönəmində Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri işləyib. Son 3 çağırışda Milli Məclisin üzvü olub. F.Heydərovun eks-prezident Heydər Əliyevlə sıx münasibətləri vardı.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR