Fidan xəbərdarlıq etdi: İsraillə İran arasında müharibə başlaya bilər
Türkiyənin xarici işlər naziri Hakan Fidan İsraillə İran arasında müharibə təhlükəsi barədə xəbərdarlıq edib.
Globalinfo.az xəbər verir ki, Fidan bu barədə "Haber Global” telekanalının efirində deyib.
O bildirib ki, əksər dövlətlər indiki vəziyyətdə hələ də konkret mövqe tuta bilmirlər
"Hazırda biz hadisələrin qarşıdurmaya çevrilməsi prosesi ilə üz-üzəyik. Qəzzada, Livanda fələstinlilərin qətliamı baş verir. Bu, mümkün müharibə riskini daha da artırır. Təəssüf ki, bu məsələ Fələstin problemi ilə iç-içədir. Türkiyə bununla bağlı çox ciddi xəbərdarlıqlar edir, mesajlar ötürür, məxfi məlumatları paylaşır”, – deyə Fidan vurğulayıb.