Fransa Prezidenti Fransua Olland Azərbaycan Prezidenti İlham ƏIiyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Azərbaycan xalqına sülh, tərəqqi və əmin-amanlıq arzulayıram. Aprelin 25-də Bakıya səfərim zamanı göstərilən qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm.
Son illər ölkələrimiz arasında etimad və dostluğa əsaslanan əməkdaşlığın daha da möhkəmlənməsi məni çox sevindirir. Qarşılıqlı tərəfdaşlığımızın daha da inkişaf etməsini və şaxələnməsini arzu edirəm. Mənim ölkənizə son səfərim çərçivəsində əsas prinsiplərini razılaşdırdığımız Azərbaycan-Fransız Universiteti hər iki ölkənin gənclərinə verəcəyi bəhrəyə görə çox vacibdir.
Uzun müddətdir davam edən və Qafqaz regionunun inkişafına mane olan Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həlli istiqamətində Minsk qrupunun həmsədri kimi Fransanın üzərinə götürdüyü öhdəliyə bundan sonra da sadiq qalacağına əmin ola bilərsiniz.
Şərq Tərəfdaşlığının Riqa Sammitində qeyd etdiyim kimi, Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin hər bir tərəfdaşa qarşılıqlı hörmət əsasında davam etdirilməsinin və möhkəmləndirilməsinin tərəfdarıyam.
Bu baxımdan strateji tərəfdaşlığı modernləşdirmək məqsədi daşıyan danışıqlara tez bir zamanda nail olunmasını arzu edirəm".
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?