Oktyabrın 10-də Bakıda keçiriləcək Azərbaycan-İtaliya futbol matçı ilə əlaqədar sərnişin sıxlığı olacağı təqdirdə Bakı metrosu gec bağlanacaq.
"Bakı Metropoliteni” QSC-dən bildirilib ki, oyunla əlaqədar ehtiyat qatarların xəttə buraxılması və sərnişin sıxlığı olacağı təqdirdə metronun gec bağlanması nəzərdə tutulur.
Xəbər verdiyimiz kimi, Azərbaycan-İtaliya futbol matçı ərəfəsində azarkeşlərin rahat və maneəsiz şəkildə daşınması üçün xüsusi marşrut avtobusları ayrılıb. Azarkeşlər stadiondan da ekspress avtobuslarla rahat şəkildə qayıda biləcəklər. Şəhərətrafı marşrut xətləri üzrə 40, şəhərdaxili marşrut xətləri üzrə 120 avtobus ayrılıb. Ehtiyac yaranarsa, əlavə ehtiyat 20 avtobus sərnişinlərə xidmət göstərəcək.
Qeyd edək ki, "Avro-2016”nın seçmə mərhələsi çərçivəsində Azərbaycan-İtaliya futbol matçı bu gün saat 21-də Bakı Olimpiya Stadionunda keçiriləcək.
AZƏRTAC
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”