Avstraliyanın Brisben şəhərində bu gün dövlət başçılarının və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə G20 Sammiti işə başlayıb.
Vəıtəninfo.az xəbər verir ki, əvvəlcə G20 liderləri qeyri-formal görüşüblər. Təntənəli açılış mərasimi şəhərin konfrans mərkəzində olub. Mərasimdən sonra, G20 liderləri Avstraliya yerli sakinlərinin rəqslərini izləyiblər.
Qlobal iqtisadi artım məsələlərinə həsr edilmiş sammitin birinci iclasında qlobal iqtisadiyyatın hazırki problemləri və yaranmış vəziyyətdən çıxış yolları müzakirə olunub.
Avstraliyanın baş naziri Toni Ebbot deyib ki, indiki dünya inkişaf edə və insanlarına lazımı iş yerləri yarada bilər. Biz bir neçə dəfə müxtəlif görüşlərdə eyni mövzuları müzakirə etmişik. Buna məcburuq. Bugünki görüşdə də maliyyə nazirləri tərəfindən və başqa məmurlar tərəfindən görülmüş işləri və ediləcək təklifləri müzakirə edəcəyik. Sözün əsl mənasında bizə lazım olan işi görəcəyik.
Bundan əlavə, "iyirmilik" Ukraynadakı vəziyyət, Fransa ilə Rusiya arasındakı "Mistral" gəmisi ilə bağlı yaranan problem, Beynəlxalq Valyuta Fondunun gələn il üçün nəzərdə tutduğu islahatlar, Ebola virusu və digər məsələləri müzakirə edəcək.
Prezidentlər və hökumət başçılarının şərəfinə Avstraliyanın baş naziri Toni Ebbotun adından nahar veriləcək, kiçik gəzinti təşkil olunacaq.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR