Gəncədə avtoritetlər arasında atışma olub – Yaralılar var

Gəncədə avtoritetlər arasında atışma olub – Yaralılar var
Gəncə şəhərində kriminal aləmin nüfuzlu şəxsləri arasında atışma olub.

"Report”un xəbərinə görə, hadisə Kəpəz rayonunda yerləşən "Miraj” çay evində baş verib.
Belə ki, 27 yaşlı Qurbanov Qurban, 27 yaşlı Əliyev Tural, 30 yaşlı Nəsirov Edqar və 39 yaşlı Kərimov Namiq arasında silahlı insident olub. Hadisədən sonra Q.Qurbanov ölkə ərazisindən qaçmaq istəyərkən "Sınıq Körpü” keçid məntəqəsində saxlanılıb.
Edqar Nəsirov yaralı halda xəstəxanaya yerləşdirilib.
Hadisənin digər iştirakçılarının axtarışları davam etdirilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az