Gənc müğənni Afaq Aslanın yaradıcılığında daha bir yenilik var.
Vətəninfo.az xəbər verir ki, müğənninin Gün.az-a verdiyi məlumata görə, o, daha öncə ifa etdiyi və ilk albomunun adını daşıyan “Sənə görə” mahnısının remiks versiyasını hazırlayıb.
O, sözləri Baba Vəziroğluna, musiqisi Kamala məxsus “Sənə görə” mahnısını Türkiyədə yenidən aranjeman etdirib və fərqli remiks variantı hazırlanıb. İfanın yeni formasını isə bir çox türk ulduzları ilə çalışan musiqiçi Erhan Bayrak işləyib.
A.Aslanın sözlərinə görə, o, mahnının məhz remiks variantına klip çəkdirməyə hazırlaşır:
“Bir çox tamaşaçılar bundan öncə çəkdirdiyim “Aysan gecələrimdə” klipimi qınadılar. Geyimimə görə məni az qala xalq düşməni etməyə hazır idilər. Bununla da bəzi düşmənlərim sənətdən getməyimə nail olmaq istəyirdilər. Ancaq onlara demək istəyirəm ki, məni heç nə ruhdan sala bilməz. Çəkdirmişəm və indi də yenisini çəkdirəcəyəm. İncəsənət də gözəllik kimi qurban tələb edir. Növbəti klipim də çox müzakirə olunacaq”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR