“Keçən yay və bu ilin yanvarında Türkiyədən təkliflər almışdım. Ancaq ora getmək istəmirəm”. Bu barədə “Sumqayıt”ın müdafiəçisi Vurğun Hüseynov deyib.
Milli komandamızın sabiq üzvü futbolçularımızın uğursuz Türkiyədə macərasının bu qərarında böyük rol oynadığını söyləyib: “Türkiyəyə gedən futbolçularımızın başlarına hansı oyunlar gəldiyini görürük. Mətbuatdan da oxuyuram ki, orda futbolçularımızı incidirlər. Oyunçularımız orda xoşagəlməz hallarla üzləşirlər, buna görə də tez qayıdırlar. Bunları görəndən sonra Türkiyədə oynamağa həvəsim qalmayıb”.
“Sumqayıt”la müqavilə müddəti bu ayın sonuna qədər olan 27 yaşlı futbolçu komandasını dəyişəcəyini istisna etməyib. O, hətta artıq AZAL-dan təklif aldığını da etiraf edib: “Gizlətmirəm, 1-2 klubdan təklif almışam. Onların arasında AZAL da var. Amma hələlik heç bir komanda ilə anlaşmamışam. O ki qaldı “Sumqayıt”a, rəhbərlik burda qalmağımı istəyirsə, gərək yeni müqavilə təklif etsin”.
apasport.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR