Vətəninfo.az xəbər verir ki, Türkiyənin məşhur "Yeşilçam" filmlərinin sevimli qəhrəmanlarından olan Münir Özkul vəfat edib.
Türkiyənin ən çox baxılan filmlərindən olan "Hababam Sınıfı" filmində unudulmaz obraz yaratmış aktyor Münil Özkul bu gecə dünyasını dəyişib. O həmin filmdə Mahmut hoca rolunu canlandırıb və həmin rolla xatirələrdə iz qoyub.
88 yaşlı Özkul uzun müddət yatağından ayağa qalxa bilmirdi. Hətta ölmədən əvvəl də onun ölümü ilə bağlı bir çox xəbərlər yayılmış və ailəsi ilə birlikdə sevənlərini də kədərləndirmişdi.
O, 1925-ci il avqustun 15-də İstanbulda düyaya göz açıb. Aktyor türk teatrı və kino tarixində ölməz obrazlar yaradıb. Həyatı boyu 400-dən çox filmə çəkilmiş aktyorun kinolarda səsləndirdiyi replikalar bu gün Anadolu sakinlərinin dilindədir.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR