Müğənni Günay İbrahimli ATV telekanalına qadağa qoyması ilə bağlı xəbərlərə aydınlıq gətirib.
Axşam.az-ın məlumatına görə, sənətçi 106.3 FM radiosunda yayımlanan “Müleyli” şousuna canlı telefon bağlantısı ilə qoşularaq yayılan videodan və qadağadan danışıb:
“Mən heç vaxt ATV-yə qadağa qoymaram. Yalan məlumatdır. Bir sayt var, onlara zəng vurub dedim ki, bundan sonra mənim haqqımda heç nə yazmayın, gələndə sizinlə necə danışacağımı bilirəm. Onlar da qarşılığında bu cür məlumat verdilər”.
G.İbrahimli konsertlərdən birindi yubkamın qalxması ilə bağlı yayılan məlumatlara da toxunub:
“Bu, hər bir insanın başına gələ bilər. Elə görüntünü yayan insanların da başına gələcək. Hazırda Türkiyədəyəm, videoya dünən baxa bilmişəm. O kadrlar mənə qarşı qara piar idi. Amma düşünməsinlər ki, bu, Günayı gözdən salacaq. Havanın küləkli olacağını bilmirdim, qəfil baş verdi”.
Günay bu cür ucuz piardan hər zaman qaçdığını deyib:
“Mən sənətimlə ciddi məşğulam. İstanbula işlə bağlı gəlmişəm, amma fikrim yenə qalıb Bakıda. Axı, yeni mahnı təqdim etməliyəm. Qorxuram, birdən unudularam”.
Qeyd edək ki, Günayın libası Fərda Xudaverdiyevin "Stand up" şousunda səhnəyə çıxarkən qalxmışdı.
Digər bir xəbərdə isə Günayın bu videonu yayan ATV telekanalına onu görüntüləməyi qadağa qoyduğu qeyd edilmişdi.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR