“Hər müsəlman bu faciəni öz dərdi kimi qəbul edir” - Moskva müftisi
4 yaşlı qızın Moskvanın şimali-qərbində qətli islam və müsəlmanlarla asossiasiya edilməməlidir.
Bu barədə Moskva müsəlmanlarının dini idarəsinin sədri, Moskvanın baş məscidinin imamı İldar Alyutdinovun bəyanatında deyilir./Oxu.az/
"Söhbət tamamən qeyri-adekvat insandan gedir, ona görə də geyimlə bağlı və ya hansısa şüarlarla bağlı davranışı islam və müsəlmanlarla əlaqələndirmək olmaz”, - Moskvanın müftisi bildirib.
İldar Alyutdinov qətlə yetirilən qızın yaxınlarına başsağlığı verib və bəyan edib ki, "hər müsəlman bu faciəni öz dərdi kimi qəbul edir”.
Miq.az