Suriyadakı Rusiya qoşunları "ən-Nüsra Cəbhəsi” yaraqlılarına endirilən dünənki aviazərbələrdən sonra islamçıların hədəfinə çevrilib. Onlar hər rus əsgərinin başına 1 milyon Suriya lirəsi məbləğində mükafat təyin ediblər.
Bu barədə məlumatı rusiyalı jurnalist İlya Varlamov öz bloqunda yayıb. Jurnalist bu zaman "ən-Nüsra Cəbhəsi”nin Twitter səhifəsinə istinad edib.
"Yerli islamçılar, İŞİD yox, "ən-Nüsra Cəbhəsi” bir rus əsgərinin başına 1 milyon Suriya lirəsi, yəni təxminən 10 min ABŞ dolları pul mükafatı təyin edib” - deyə İ.Varlamov yazır.
Qeyd edək ki, Rusiya bir neçə gün əvvəl Suriyaya qoşun yeridib. Hazırda bu ölkədə rus əsgərləri anti-Əsəd qüvvələrə qarşı döyüşür.
Virtualaz.org
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL