Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXXII turunun oyunlarında baş verənlərlə bağlı qərarlar çıxarılıb.
“Neftçi” – “Sumqayıt” matçının 45-ci dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alan Nikolas Kanales 2 oyunluq cəzalanıb. Çilili hücumçunun hərəkəti “Neftçi”nin 2000 manat cərimələnməsi ilə nəticələnib.
“Xəzər Lənkəran”la qarşılaşmanın 60-cı dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan Qeyrət Əliyevin cəzası nisbətən yüngül olub. “Bakı”nı 200 manat ziyana salan futbolçu 1 oyunluq kənarlaşdırılıb.
“Qəbələ” – “Qarabağ” matçının 12-ci və 90-cı dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə olunmasına görə “qırmızı-qaralar” 1000 manat cərimə olunub. Oyunun 87-ci dəqiqəsində qonaqların azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün “Qarabağ” 2000 manat ödəməli olacaq.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR