“Təəssüf ki, I Avropa Oyunlarının başlanılmasına bir neçə gün qalmış bəzi siyasi qüvvələr Oyunları siyasiləşdirməyə çalışırlar”.
Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Avstriyadakı səfirliyinin bəyanatında deyilir.
Səfirlik Avropa İttifaqının vitse-prezidenti Ulrike Lunaçekin Avropa İttifaqı Komissiyasının və Avropa İttifaqı Şurasının üzvlərinə müraciət edərək I Avropa Oyunları zamanı rəsmi tədbirləri boykot etmək çağırışını pisləyib: “Avropa Oyunları barədə düşüncələrin uzun müddət olmasına baxmayaraq, sözügedən yarış yalnız Azərbaycan hakimiyyətinin iradəsi sayəsində bu il baş tutub. Siyasətin idmanla qarışdırılması düzgün yanaşma deyil, idman yarışlarından siyasi təzyiq vasitəsi kimi istifadə qəbuledilməzdir. Belə cəhdlər Oyunlarda idmançıların iştirakına, eləcə də oyunların məqsəd və nəticəsinə mənfi təsir edə bilər”.
Bəyanatda həmçinin beynəlxalq idman yarışlarının vətəndaş cəmiyyətinin tərkib hissəsi olduğu və bu yarışların keçirilməsi ilə ev sahibi olan ölkənin öz cəmiyyətini dünyaya açmış olduğu bildirilir, bütün siyasi qüvvələrə I Avropa Oyunlarını siyasiləşdirmək cəhdlərinə son verməyə və ona yalnız bir idman yarışı kimi baxmağa çağırış edilir. Eyni zamanda U.Lunaçekin hər zaman Azərbaycanda mühüm beynəlxalq tədbirlər ərəfəsində müxtəlif çağırışlar edərək, onlardan siyasi məqsədlərinə nail olmaq üçün istifadə etməyə cəhd etdiyi vurğulanır.
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA