Azərbaycan prezidenti İlham Əliyev Pakistan günü milli bayramı münasibəti ilə həmkarı Məmnun Hüseynə təbrik məktubu ünvanlayıb.
Vətəninfo.az xəbər verir ki, dövlət başçısının məktubunda bildirilir:
"Milli bayramınız – Pakistan günü münasibətilə sizə və sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Azərbaycan-Pakistan münasibətləri xalqlarımızın iradəsindən qaynaqlanır. İnanıram ki, zamanın sınaqlarından çıxmış, qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin daim qorunub saxlanması, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın daha da dərinləşməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Sizin Azərbaycana səfərinizi, keçirdiyimiz görüşləri, apardığımız fikir mübadiləsini məmnunluqla xatırlayıram. Əminəm ki, səfəriniz münasibətlərimizin yeni mərhələyə yüksəlməsinə güclü təkan verəcək.
Bu əlamətdar gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Pakistan xalqına əmin-amanlıq və rifah arzulayıram".
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR