Son vaxtlar KİV–də müğənnilər, aktrisalar özlərini kraliça adlandırıb.
Onlar internet portallarına açıqlamasında özlərinin bu titula layiq görülməsini mədəniyyətimizə verdikləri töhvələrlə əlaqələndiriblər. Hətta ATV kanalında xalq artisti Məleykə Əsədovaya həsr olunan "səhnəmizin kraliçası” adlı film çəkilib.
Vətəninfo.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, İlhamə Quliyeva açıqlamasında özlərinə belə ad verən adamların gülünc doğurduğunu bildirib.
“Mən belə şeylərə gülürəm və dincəlirəm. Primadonna, Kraliça adları mənim adımla bağlıdır. Səkkiz tacım var, onların hamısını zəhmətlə, layiqli yerlərdən almışam. Azərbaycan mədəniyyətinin bir kraliçası var, o da mənəm...Bəzi müğənnilər, aktrisalar özlərini kraliça adlandırır. Əzizlərim halva-halva deməklə, ağız şirin olmur. Teatr sənətimizdə kraliçalar olub. Hökümə Qurbanova, Nəsibə Zeynalova. Bu gün də teatrda kraliça Bəsti Cəfərovadı. Bu adı özünə qoyan bilir ki, mənim sözlərim onadı. Hər kəs öz yerini bilməlidi. Siz bilirsiz ki, mən kimnən danışıram. Özlərinə film çəkdirib, adlarını səhnəmizin kraliçası qoyublar. Ayıbdır... Bunlar necə utanmırlar özlərinə belə ad qoyurlar? Bir daha deyirəm, primadonna, kraliça adları mənə məxsusdur. Bu adları Amerikada və Türkiyədə rəsmi almışam”.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR