İyunun 12-də yerli vaxtla saat 21:00-da başlanacaq mərasim Bakı-2015 Birinci Avropa Oyunlarının rəsmi saytında canlı yayımlanacaq.
"Bakı-2015"-in möhtəşəm açılış mərasimində Azərbaycanın milli mədəniyyəti və Bakı şəhərinin müasir Avropadakı əhəmiyyətli yeri təntənəli surətdə qeyd olunacaq. Bədii rəhbəri Dimitris Papaioannounun olduğu mərasimdə 2 mindən çox səhnə iştirakçısı sehrli şou nümayiş etdirəcək.
"Bakı-2015"-in açılış mərasimi unudulmaz tədbir üçün bütün imkanlara sahibdir və buna dünya miqyasında keçirilən canlı yarış mərasimlərinə başçılıq edən dünyanın ən təcrübəli və tanınmış peşəkarlarından biri olan Katerina Uqvu nəzarət edəcək. O, Mançester şəhər stadionunda keçirilmiş XVII Birləşmiş Krallıq Oyunları üçün bağlanış mərasiminə prodüserlik etdikdən sonra 2006-cı ildə Qətərin Doha şəhərində baş tutmuş 15-ci Asiya Oyunlarının açılış mərasiminə də prodüserlik edib.
Katerina 2010-cu ildə Vankuver Qış Olimpiya Oyunlarının açılış, bağlanış və qələbə mərasimlərinin Strateji Mərhələsi üçün əsas prodüser vəzifəsini icra edib. "Bakı-2015"-ə qədər onun ən böyük layihəsi 2012-ci ildə Londonda keçirilmiş Olimpiya və Paralimpiya Oyunlarının icraçı prodüseri olmasıdır.
O, 2012-ci ildə London Olimpiya və Paralimpiya Oyunlarına verdiyi əhəmiyyətli töhfələrə görə 2013-cü ildə "Britaniya İmperiyasının Order Üzvü" adına layiq görülüb.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL