İran Prezidentindən etirazlarla bağlı gözlənilməz addım

İran Prezidentindən etirazlarla bağlı gözlənilməz addım

İran Prezidenti Məsud Pezeşkian təhlükəsizlik qüvvələrini ölkə daxilində 10 gündən çoxdur davam edən etirazçılara qarşı maksimum təmkinli olmağa çağırıb.

"Yeni Sabah” xarici mətbuata istinadən xəbər verir ki, o, hər hansı zorakı hərəkətlərdən və ya məcburiyyətdən qaçmaq lazım olduğunu bildirib.

"Son dərəcə təmkin tətbiq edilməli, dialoq və dinc ünsiyyət qurulmalı və İran xalqının tələblərinə əməl edilməlidir”, - Prezident söyləyib.

Qeyd edək ki, yanvarın 8-də Tehran, Təbriz və Məşhəddə genişmiqyaslı nümayişlər keçirilir. Paytaxtda etirazçılar Ayətullah Kaşani bulvarında, Yusif və Azadi rayonlarında toplaşırlar. Onlar hökumət əleyhinə şüarlar səsləndirirlər və yaşayış şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Keçmiş şahın oğlu Şahzadə Rza Pəhləvinin rəhbərlik etdiyi xarici müxalifət cümə axşamı günü yeni tətillər və nümayişlər çağırışı edib.

"Al-Araby”nin məlumatına görə, bunlar İranda 2022-2023-cü illərdə qadınlar üçün geyim qaydalarını pozduğuna görə əxlaq polisi tərəfindən həbs edilən 22 yaşlı fəal Məhsa Əminin ölümündən sonra baş verən iğtişaşlardan bəri ən böyük etirazlardır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az