İranda 455 nəfər qətlə yetirilib – Minlərlə insanın harada olduğu bilinmir

İranda 455 nəfər qətlə yetirilib – Minlərlə insanın harada olduğu bilinmir

İranın Hüquq Müdafiəçiləri Qrupunun xəbər agentliyi noyabrın 30-u səhər saatlarına olan məlumatında hökumət məmurları tərəfindən qətlə yetirilən etirazçıların sayı açıqlanıb.

Məlumatda 17 sentyabrdan 29 noyabr axşam saatlarına kimi etiraz nümayişlərində 64-ü uşaq olmaqla 455 nəfərin öldürüldüyü bildirilir.

Bununla yanaşı məlumatda 18185 nəfərin saxlanıldığı, onlardan 3418-ün kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi və bunlardan 576 nəfərinin tələbə olduğu qeyd edilib.

Həmçinin bu müddət ərzində 157 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 143 universitetin tələbələri bu nümayişləri dəstəkləyiblər.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az