"İrandan raket alsanız, biz Ukraynaya yüksək texnoloji raketlər verəcəyik..."


İsrail rəsmən Rusiyaya xəbərdarlıq edib...


"Yəhudi dövləti ukraynalılarla bir çox məsələlərdə əməkdaşlıq edir və bununla kifayətlənmək niyyətində deyil..."
 
Əgər İran Rusiyaya ballistik raketlərin tədarükünə başlasa, Ukrayna ordusu yüksək texnoloji ballistik raketlər əldə edə bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə İsrailin milli təhlükəsizlik Şurasının sədri Eyal Xulata Bəhreyndə keçirilən forumda bəyan edib. Məlumatı "Kan" dövlət media korporasiyası yayıb.
 
"Kan"ın məlumatında söhbətin İsrail istehsalı olan raketdən getdiyi göstərilmir.
 
Lakin əksəriyyət analitik və ekspertlər güman edib ki, xəbərdarlıq məhz bu növ silaha aid edilib.
 
Məlumata görə, etiraz iki kanal vasitəsilə ifadə edilib.
 
Əvvəlcə İsrailin Moskvadakı səfiri Aleksandr Ben-Tsvi Rusiya XİN rəhbərinin müavini, Yaxın Şərq istiqamətinə kuratorloq edən, keçmişdə Rusiyanın İsraildə səfiri olan Mixail Boqdanov ilə görüşündə bu barədə bəyan edib. 
 
Daha sonra milli təhlükəsizlik Şuranın rəhbər Eyal Xulata adıçəkilən forumda bəyan edib.
 
Bəhreyndəki konfransda İsrail nümayəndəsi anladıb ki, yəhudi dövləti "ukraynalılarla bir çox məsələlərdə əməkdaşlıq edir və bununla kifayətlənmək niyyətində deyil".
 
Rusiya və İran uzun müddət ərzində silah tədarükü faktını inkar edib.
 
İsrail prezidenti İshaq Hersoq bu yaxınlarda ABŞ-a səfəri zamanı ABŞ prezidenti Co Baydenə Rusiya qoşunlarının Ukraynada İran istehsalı olan hücum pilotsuz içuş aparatlarından istifadə edilməsinin sübutlarını təqdim edib.
 
"Biz ən müasir nümunə olan pilotsuz uçuş aparatlarının dinc əhaliyə qarşı istifadə edilməsinin şahidi olduq", - İsrail prezidenti dəftərxanasının bəyanatında deyilir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az