Miq.az xəbər verir ki, Yenicag.az-ın hazırda Ağdam rayon icra hakimiyyətində çalışan şəxslərdən aldığı məlumata əsasən, Raqub Məmmədovun işdən azad edilməsinə səbəb yeyinti olub.
Məlumata görə, Raqub Məmmədov cəbhəyani kəndlərdə 32 artezian quyusunun pulunu mənimsəyib və heç bir artezian quyusu qazdırmayıb. Bundan əlavə, dövlət büdcəsindən ayrılan vəsaiti özünə yaxın olan MMC-lərlə silib. İcra başçısı həm də rayonun yolları, işıqlandırılması, abadlaşdırılması üçün ayrılmış pulları mənimsəyib.
Araşdırmalara görə, keçmiş icra başçısı hər il vəzifədə şəxsləri saxlamaq üçün rüşvət tələb edib.
Hazırda icra hakimiyyətində çalışan vəzifəli şəxslərin bildirdiyinə görə, Raqub Məmmədovun yeyintisi ilə bağlı araşdırmalar aparılır.
Ağdama yeni icra başçısının təyin edilməməsinin səbəbi də, aparılan araşdırma və yeyintinin həcminin tam dəqiq bilinməməsidir.
Mənbə iddia edir ki, Raqub Məmmədovun həbs edilməsi də gündəmdədir.
Qeyd edək ki, qarşı tərəfin mövqeyini öyrənməyə çalışsaq da, telefonlara cavab verən olmadı.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?