"İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması bu dəfə "haram"a uyduqlarına görə iki musiqiçini cəzalandırıb. "Şəriətdə göstərilməmiş musiqi alətlərində ifa etdikləri üçün" bu şəxslərin hər birinə 90 zopa vurulub. Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, Suriyanın Hələb şəhərinin yaxınlığındakı Bujaq şəhərində ud və sintezatorla tutulmuş iki yerli sakin mərkəzi meydana aparılaraq cəzalandırılıb. İŞİD-in yerli şəriət məhkəməsinin qərarına görə, ud və sintezator "Şəriətə müzayiq" musiqi alətləri olmadıqları üçün, bu alətlərdə ifa etmək haramdır. Həmin iki şəxslə yanaşı, onların əməllərindən xəbərdar olub "harama göz yummuş" yerli məmur da şallaqlanıb. Ötən həftə İŞİD terrorçuları Suriyanın Rəkka şəhərində iki gənci homoseksualizmdə suçlayaraq onları 13-mərtəbəli binanın damından aşağı atmışdılar.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR