İŞİD-ə əsir düşməmək üçün ölən rus kəşfiyyatçısı

İŞİD-ə əsir düşməmək üçün ölən rus kəşfiyyatçısı

 Rusiya Müdafiə Nazirliyi Suriyanın tarixi Tədmur şəhərinin azad edilməsi əməliyyatında həlak olan rus hərbçisinin ölüm hekayəsi ilə bağlı şayiələrə son verib. 
 
Nazirlikdən bildirilib ki, kəşfiyyatçı İŞİD ərazisinə nüfuz edərək onların mövqeləri barədə orduya məlumat ötürüb. Amma bir neçə saat sonra İŞİD onun kəşfiyyat məqsədi ilə nüfuz etdiyini anlayıb və rus hərbçini mühasirəyə alıb. Bundan sonra rus kəşfiyyatçı əməliyyat rəhbərliyi ilə əlaqə saxlayaraq bildirib ki, o sağ olaraq İŞİD-in əlinə keçmək istəmir və bunun üçün həmin məntəqənin bombalanmasını xahiş edib. Bundan sonra Rusiya bombardmançı təyyarələri həmin məntəqəni bombalayıb və yüzlərlə İŞİD-çi ilə birlikdə rus kəşfiyyatçı da həlak olub.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az