“İŞİD lideri mühasirəyə alınarkən özünü partladıb”- "Reuters"

“İŞİD lideri mühasirəyə alınarkən özünü partladıb”-

"İŞİD terror qruplaşmasının lideri Əbu əl-Həsən əl-Haşimi əl-Qureyşi tərəfdarları ilə döyüş zamanı mühasirəyə düşərkən özünü partladıb”.

Azpost.info xəbər verir ki, bu barədə "Reuters” mənbələrə istinadən məlumat yayıb.

Mənbələrinin məlumatına görə, hadisə oktyabr ayında baş verib. Əl-Qureyşi məxfi evlərdən birində gizlənərkən mühasirəyə alınıb. Aşkar edildikdə isə tərəfdarları ilə birlikdə intihar kəmərlərini işə salaraq partladıb.

Mənbələr İŞİD-çiləri mühasirəyə alan yaraqlıların hansı qruplaşmaya aid olduğunu açıqlamayıb.

Bu yaxınlarda əl-Qureyşinin İraqda döyüş zamanı öldüyü açıqlanmışdı. Pentaqon onun Azad Suriya Ordusu qruplaşması tərəfindən məhv edildiyini iddia edir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az