Avropa Birliyi Cənubi Qafqaz münaqişələrini ekspert və QHT-lərin iştirakı ilə qapalı müzakirəyə çıxarıb
İyunun 8-10 tarixlərində İstanbulda Cənubi Qafqaz münaqişələri mövzusuna həsr olunmuş toplantı keçirilir. Toplantı qapalıdır, iştirakçılardan toplantı barədə məlumat yaymamaq haqda söz alınıb. Vətəninfo.az-ın məlumatına görə, Lakin müsavat.com bu barədə bilgi əldə edə bilib. Məlumata görə, qapalı toplantının əsas mövzusu Cənubi Qafqazın həll olunmayan münaqişələri – Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiyadakı vəziyyətdir.
Avropa Birliyi, Norveç XİN və Norveç Helsinki Komitəsinin təşkilatçılığı ilə keçirilən konfransda hər üç Cənubi Qafqaz respublikasından ekspertlər, QHT rəhbərləri iştirak edir. Toplantı barədə mətbuatda və sosial şəbəkələrdə hər hansı açıqlama yoxdur, ancaq ehtimallara görə, toplantıda münaqişələrin hazırkı vəziyyəti, həll imkanları, “xalq diplomatiyasının” dürmü kimi məsələlər müzakirə olunacaq, ekspert rəy və tövsiyələri dinləniləcək.
Görünür ki, Avropa Birliyi müstəqil şəkildə Cənubi Qafqaz münaqişələrinə diqqət ayırmağa, prosesləri araşdırmağa başlayıb. Avropanın Cənubi Qafqaza müstəqil oyunçu kimi daxil olması ilə bağlı hələ ötən ildən yerli ekspertlərin rəyləri vardı. Görünür ki, hazırda regiondakı vəziyyət Avropanı hərəkətə gətirir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL