“Biz Azərbaycana qələbə dalınca gedirik. İstəyirik ki, Lənkəranda yaxşı nəticə qazanıb, evdə rahat oynayaq”.
“Vətəninfo.az” xəbər verir ki, bu fikirləri Polşalın “Lex” klubunun futbolçusu Hubert Volakiyeviç deyib. Avroliqanın II təsnifat mərhələsində sabah “Xəzər Lənkəran”la səfər oyununa çıxacaq təcrübəli müdafiəçi qol vurmağın vacibliyini qeyd edib:
“Evdən kənarda qol vursaq, bu, öz meydanımızdakı cavab matçı öncəsi bizə üstünlük verəcək. Bu zaman mövqeyimiz güclənəcək. Bunu nəzərə alaraq, Azərbaycana yollanırıq”.
Klublarımızn polşalılarla avrokuboklarda ilk dueli hələ 1997-ci ildə olub. Onda Çempionlar Liqasında ilk təmsilçimiz olan “Neftçi” “Vidzev”ə uduzmuşdu. “Lex” isə 4-cü dəfə Avropada bizə rəqib olaraq, hələ ki həmişə qalib olub. Ancaq Hubert bu dəfə xeyli uzaqda, yəni buna qədər olduğu kimi Bakıda yox, ilk dəfə Lənkəranda oynayacaqlarını bildirib:
“Komandamız Bakı “İnter”ini 2 il öncə Çempionlar Liqasında oyun sonrası penaltilər seriyasında mübarizədən kənarlaşdırdı. Hər il belə ekzotik komandalara yanaşma dəyişir. Onlar getdikcə güclü olur və bu üzdən onlarla matçlar öncəsi konsentrasiya daha böyük olur. Əlbəttə, bu rəqibləri qiymətləndirməmək olmaz”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR