Amerikalı keçmiş neyro-cərrah, respublikaçı Ben Karson 2016-cı il seçkilərində ABŞ prezidentliyinə namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib. Vətəninfo.az-ın məlumatına görə, Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ölkə qarşısında duran məsələlərin həllində iştirak etmək istədiyini deyib: “Ona görə ABŞ prezidentliyinə namizədliyimi irəli sürəcəyimi elan edirəm”.
Karson prezidentlik uğrunda yarışa rəsmən bu gün anadan olduğu Miçiqan ştatının Detroyt şəhərində keçiriləcək tədbirdə qoşulacaq.
Karson 1987-ci ildə ilk dəfə siam əkizlərinin ayrılması ilə bağlı uğurlu əməliyyat keçirən cərrah kimi məşhurdur. 2008-ci ildə oğul Corc Buş onu prezidentin Azadlıq medalı ilə mükafatlandırıb. Onun məşhurluğu ilə bağlı film çəkilib.
ABŞ-da prezident seçkiləri 2016-cı ilin noyabr ayında keçiriləcək. İndiki demokrat-prezident Barak Obama qanuna görə 3-cü müddətə namizədliyini irəli sürə bilməz. Bu seçkilərdə demokratların ən şanlı namizədinin keçmiş dövlət katibi Hillari Klintonun olacağı gözlənilir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR