Keçmiş deputat: "Şeyxin ətrafı ümid yerimiz idi, məscidlər qərərgaha dönmüşdü"

Keçmiş deputat:

""20 yanvar" qırğınnı xüsusi plan əsasında qurulub. Müəllifləri ABŞ- nın Mərkəzi Kəşfiyyat İdarəsi olub. Qırğının Bakıda necə həyata keçirilməsi isə Qorbaçovun özü ilə razılaşdırılıb. Bakıdakı bu qırğın törədildikdən sonra Con Kerri tərəfindən Mixail Qorbaçova təşəkkür məktubu da göndərildi: "Bakıda bizim xristian qardaşlarımızın öldürülməsinin qarşısını aldığınız üçün təşəkkür edirik." Xristian qardaşlar dedikdə, onlar erməniləri nəzərdə tuturdular.

"Bu sözləri "Reaksiya tv"-nin efirində keçmiş deputat Cümşüd Nuriyev səsləndirib. ]
Əslində, 20 Yanvarda nə baş vermişdi?! Reaksiya Tv-nin sonuncu efirində keçmiş deputat Cümşüd Babayev maraqlı açıqlamalar verib.  Onun dediyinə görə rus qoşunlarının Bakıda qırğın törətməsindən bir gün əvvəl komandanlığın da məlumatı olub. Keçmiş deputatın dediyinə görə, Qorbaçov ABŞ-la birgə bu planı hazırlayıb, xüsusi ssenari əsasında. Hətta Bakıda bəzi qüvvələr də bilərəkdən barrikadalar qurmuşdu. Lakin qırğından sonra məlum oldu ki, nə onların özlərinin, nə də qohum-əqrəbalarının burnu belə qanamayıb. 

Keçmiş deputat Şeyx Allahşükür Paşazadə haqqında tam başqa təəssüratlarını bölüb:

"Vəziyyət çox pis idi. Millət  nə edəcəyini bilmirdi. Xalqa yol göstərən bir rəhbər yox idi. Əbdürrəhman Vəzirov Moskvaya getmişdi. Ziyalılardan Həsən Həsənov və Bəxtiyar Vahabzadə xalqın qarşısına çıxıb sakitlik yaratmağa çalışırdı. 

O vaxt şeyxülislam Allahşükür Paşazadənin xalq qarşısında xidmətini danmaq olmaz. Şeyx Moskvaya Mixail Qorbaçova açıq məktub göndərmişdi, dünya azərbaycanlılarına müraciət etmişdi. Məscidlərdə təkcə meyidləri yumurdular, həmçinin xalqın dayaq yerinə, həmrəylik ünvanına çevrilmişdi. Elə bir vəziyyət yaranmışdı ki, siyasətçilər, xalqın nüfuzlu nümayəndələri məscidlərdə toplaşırdı, məscidlər qərargaha dönmüşdü.  Xüsusilə onu qeyd etmək lazımdır ki, Şəhidlər Xiyabanının Dağüstü Parkda salınmasına Allahşükür Paşazadənin böyük rolu, təsiri oldu. Məncə, məhz buna görə artıq o bir Şeyx kimi xalqı, milləti qarşısında öz borcundan çıxmışdı.

Şeyx o vaxt böyük bir məsuliyyətin altına girdi. O Azərbaycanın Ziya Bünyadov və Vasif Məmmədəliyev kimi nüfuzlu ziyalılarının birgə hazırladıqları müraciətlə xalqın qarşısında müraciət etdi. Təsəvvür edin, o vaxt Şeyxin 41 yaşı var idi. Lakin o çətin bir anda, millətinin ağır vaxtında kömək üçün çıxış yolu tapmağa çalışırdı. O vaxt onun etdiklərini parlament edə bilmədi. Çətin anlarda xalqla bir olmaq, onun nüfuzunu müdafiə etmək bir din adamı kimi onun üstünə düşmüşdü.

Lakin bu gün antimilli qüvvələr, 5-ci kolon adlandırdığımız qüvvələr antişeyx əməliyyatına başladılar və bu gün də bu davam etməkdədir. Amma təsəsvvür edin ki, o vaxt Şeyx təhlükəli vəziyyətdə üzərinə çətin və ağır bir  missiyanı götürmüşdü. 1990-cı ildə bilirsiz ki, SSRİ çox güclü idi, təkcə Azərbaycanda  70 00-ə yaxın agent təşkilatının üzvləri var idi. Mən gömrük komitəsinə işə gələndə iş yoldaşlarımın çoxu təhlükəsizlik orqanlarının keçmiş əməkdaşları idi. Mən operativ nəzarətə baxırdım.  İqtisadi kəşfiyyatla bağlı əməkdaşlarla maraqlandım. Və məlum oldu ki, bizim kənarda heç kimimiz yoxdu, hamısı Rusiyanın adamlarıdır. Bunları bilə-bilə heç kimə demək olmurdu, bu məlumatları yaymaq olmurdu. Ümumiyyətlə, xalqla bağlı belə məsələləri danışmaq və ya kiməsə məlumat vermək qadağan olunmuşdu. Lakin Allahşükür Paşazadə həyatını riskə ataraq bu təklükəli missiyanı öz üzərinə götürdü. Azərbaycan siyasətinə yeni gəlmişdik biz ovaxt. Amma hamımız Allahşükür Paşazadənin ətrafında sıx birləşmişdik. Arif Mansurov, mən, İsa Qənbər, Etibar Məmmədov, Firudin Cəlilov olmaqla hamımız gənc olsaq da, Şeyxin yanındaydıq. O yeganə ümid yerimiz həmçinin qoruna biləcəyimiz yeganə yer idi. Bunu bu gün də danmaq olmaz. Dansaq bu haqsızlıq olar."-deyə Cümşüd Nuriyev bildirib.

Sevinc Muradxanlı 
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az