Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş kikboksinq üzrə Naxçıvan Muxtar Respublika turnirinə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Şərq Döyüşü Sənəti Federasiyasının birgə təşkil etdiyi turnirdə 10 çəki dərəcəsində 200-ə yaxın idmançı iştirak edib.
Turnirin açılış mərasimində Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov, Şərq Döyüşü Sənəti Federasiyasının sədr müavini Cavanşir Salayev çıxış edərək, yarış iştirakçılarına uğurlar arzulayıblar.
Sonra Naxçıvan Dövlət Filarmoniyasının və Şərur Xalq Yallı Ansamblının bir-birindən maraqlı çıxışları olub.
İki gün davam edən yarışın final qarşılaşmaları gərginliyi ilə yadda qalıb. Kişilərin mübarizəsində Kənan Məmmədov (60 kq), Ruslan Musayev (63 kq), Samiq Seyidzadə (67 kq), İbrahim İbrahimli (75 kq), Hüseyn Xəlilov (81 kq) və Mirəli Seyidov (91 kq) öz çəki dərəcələrində bütün rəqiblərinə qalib gələrək turnirin baş mükafatını qazanıblar.
Yeniyetmələrin mübarizəsində isə Əhməd Cəfərov (51 kq), Bəxtiyar Qəribov (54 kq), Mərdan Muradov (60 kq) və Mətin Zal (67 kq) qalib gəliblər.
Sonda qalib idmançılar diplom, medal, kubok və hədiyyələrlə mükafatlandırılıblar.
AZƏRTAC
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR