Koalisiya formulunda kilid partiya halına gələn Cümhuriyyət Xalq Partiyası (CHP) Ədalət və İnkişaf Partiyası (AKP) və digər partiyalarla qurulacaq koalisiya variantlarını müzakirə etmək üçün iyunun 15-də öz məclisini yığacaq. Yığıncaqda partiyanın koalisiya və bundan sonra izləyəcəyi yol xəritəsinin dəqiqləşdirilməsi gözlənilir.
“Habertürk”ün xəbərinə görə CHP-nin AKP, ya da digər partiyalarla qurulacaq koalisiyada izləyəcəyi yol və bazarlıq masasına gətirəcəyi məsələlər belədir:
- Dəyişkən baş nazirlik sistemi tələb ediləcək. 2 il Kılıçdaroğlu baş nazir olacaq.
- Məclisin sədrliyi CHP-yə veriləcək.
- Koalisiyada “böyük, kiçik ortaq” olmayacaq, nazirliklər bərabər paylanacaq.
- Ədliyyə, Daxili İşlər, Milli Təhsil nazirliklərinin CHP-yə verilməsi şərt olaraq tələb ediləcək.
-17-25 dekabrla əlaqədar materiallar parlamentdə açılacaq. 4 keçmiş nazirlə əlaqədar istintaq komissiyası qurulacaq.
- Sui-istifadələrlə əlaqədar addımlar parlamentin yoxlama səlahiyyəti daxilində qiymətləndiriləcək.
- Təqaüdçüyə 2 maaş hədiyyə hökumət qurulduqdan sonrakı ilk dini bayramda veriləcək.
- Minimum məvacibin 1500 türk lirəsi edilməsi və kəndliyə mazutun 1,5 lirəyə satılması bir il içində həyata keçiriləcək.
CHP, MHP və HDP variantı
- Baş nazir Kılıçdaroğlu olacaq və onun başçılığında hökumət qurulacaq.
- MHP koalisiyaya girsə nazirliklər və baş nazir köməkçilikləri paylaşılacaq.
- Lazım olsa, Məclisin rəhbərliyi MHP-yə, Məclisdəki bəzi komissiyanın rəhbərlikləri HDP-yə veriləcək.
Modern.az
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir