Şimali Koreya lideri Kim Conq-un Cənubi Koreyanın ən yüksək rütbəli rəsmilərilə danışıqlar aparmağı təklif edib.
Vətəninfo.az xəbər verir ki, Prezident Kim bunu dövlət televiziyasında yayımlanan yeni il çıxışında deyib. O deyib ki, Pxenyanın şərtləri qəbul olunsa o, hətta Cənubi Koreya prezidenti Park Geun-hye ilə görüş keçirməyə də hazırdır.
Bazar ertəsi Cənubi Koreya bir sıra məsələlər üzrə danışıqları yenidən başlamağa çağırış etmişdi, məsələn Koreya Müharibəsi nəticəsində iki yerə bölünən ailələrin yenidən birləşməsi.
"Əhvaldan və vəziyyətdən asılı olaraq yüksək səviyyəli sammit keçirməməyə heç bir səbəb yoxdur", Prezident Kim deyib.
Amma BBC-nin Seouldakı müxbiri Kevin Kim deyir ki, iki Koreya prezidenti arasında görüşün nə qədər mümkün olduğu aydın deyil, çünki son aylar ərzində ölkələr arasında gərginlik artıb.
Bazar ertəsi Cənubi Koreyanın Birləşmə Naziri Ryoo Kihl-jae demişdi ki, Şimali və Cənubi Koreya "dinc birləşmə üçün plan çəkmək məqsədilə üz-üzə görüşməlidirlər".
Keçmişdə Şimali Koreya Cənubi Koreyanın birləşmə planlarını, onu işğal etmək cəhdi kimi qiymətləndirib.
Cənab Ryoo deyib ki, Şimali Koreyanın təklifə "müsbət cavab verəcəyinə" ümid edir.
1950-53-cü illər arasında baş verən Koreya münaqişəsindən sonra iki Koreya arasında müharibə faktiki olaraq davam edir. Münaqişə sülh sazişi ilə deyil, atəşin dayandırılması ilə bitdi.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR