Kim günahkardır: Nazir, müəllim, yoxsa valideyn? - DEPUTAT

Kim günahkardır: Nazir, müəllim, yoxsa valideyn? - DEPUTAT

"Məktəbdə zorakılıq səhnəsini ürək ağrısı ilə seyr edirsən. Kimi suçlayasan? Ev, valideyn, məktəb, müəllim, direktor, sinifdəki şagirdlər, nazirlik, döyən, hətta döyülən - hamısının bu şəraitin yaranmasında günah payını tapa bilərsiniz. Ancaq ən əsası müəllim avtoritetinin olmamasıdır".

Miq.Az xəbər verir ki, bunu deputat, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib.

Fazil Mustafanın sözlərinə görə, müəllimi elə sındırıblar ki, uşağa söz deməyə risk eləmir:

"Əsas işi də səhərdən-axşamacan yazı yazmaq, yaxud da sertifikasiyaya hazırlaşmaqdır. Praktik olaraq hər şagirdə diqqət yetirmək imkanı olmur. Bu cür köntöy şagirdlər, eləcə də məzlum şagirdlər hər məktəbdə var. Ancaq səviyyəli idarərtmə olan məktəblərdə məktəbin təlim-tərbiyə standartlarına hamısı tabe olur. Videonu çəkən, eləcə də aralaşdırmağa cəhd etməyənlərin də biganəlikləri düşündürücüdür. Bu cür videoları uşaqların üzlərini qapadaraq paylaşmaq zəruri idi. Ancaq mütləq paylaşılmalıdır ki, gerçək vəziyyətin cüzi bir qismi ilə cəmiyyət tanış olsun. Bəs digər zorakılıqlar barədə aşkarlıq varmı? Cinsi və ya maddi zorakılıqlar, hamiləlik, pedofiliya, narkomaniya faktları da məktəblərimizdə yetərincə qulağımıza çatır".


Millət vəkilinin fikrincə, tədbir-filan görülməsi boş şeydir. B, müstəqillik dövrümüzdə sanki məqsədyönlü şəkildə təhsilə ancaq pul qazanma yeri kimi baxılmasının yekun tablosudur:

"Burada vəziyyətin daha faciəli yön almaması üçün müəllimin sələhiyyətləri, sinfə müdaxilə imkanları artırılmalıdır. Çünki, güclü direktorun olması da hər detala nəzarət etməyə yetərli sayılmaz. Müəllim güclü, xarakterli və səlahiyyətli olmalıdır. Başlıcası da sinfə hakim olmalıdır. Ancaq bu səlahiyyət valideynlərdən hədiyyə, pul qoparmaq fürsəti kimi anlaşılmamalıdır. Bunları sözgəlişi yazıram. Çünki son vaxtlar hansısa quruma, vəzifəli şəxsə təklif verməyi dayandırmışam. Səbəb sadədir: Azərbaycan dilində dediklərim anlaşılmır. Başqa dildə də yazmağıma və ya söyləməyimə Konstitusiyamız izn vermir. Harada qalmışıq? Köhnə dərsdə. Səhifələri geriyə çevirməyə davam edək".



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az