Özünü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində məsul katib vəzifəsində çalışan kimi təqdim edən şəxs İrşad Hüseynov bizim işçimiz deyil.
Vizual.az xəbər verir ki, bu fikirlər Dövlət Komitəsinin yaydığı məlumatda öz əksini tapıb. Qurum bildirir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində sözügedən vəzifə ştatı ümumiyyətlə mövcud deyil. Dövlət Komitəsinin Aparatında, həmçinin, bölgə şöbələrində İrşad Hüseynov adlı şəxs çalışmır.
Qeyd edək ki, ötən gün bəzi elektron xəbər portallarında Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yaşadığını və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində məsul katib vəzifəsində çalışdığını iddia edən şəxs İrşad Hüseynov barəsində bəzi məlumatlar dərc edilib.
İ.Hüseynov mətbuata təqdim etdiyi yazıda MTN-in Qobustan rayon şöbəsini qəbiristanlığı dağıtmaqda ittiham edirdi.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL