Vətəninfo.az xəbər verir ki, Çempionlar Liqasının ikinci yarımfinal oyununda Londonda “Çelsi” ilə qarşılaşan Madridin “Atletiko” klubu 3:1 hesabı ilə qalib gələrək finala çıxıb. Finalda “Atletiko”nun rəqibi Madridin digər klubu “Real” olacaq. “Atletiko” ilk dəfə Çempionlar Liqasının finalında oynamaqla tarixə düşüb. Bununla belə, bu komandanın “Real”la qarşılaşması da Çempionlar Liqasında bir tarix olacaq. Belə ki, indiyədək Avropanın ən titullu kubokunu qazanmaq uğrunda finalda heç vaxt bir ölkənin eyni şəhərinin iki komandası qarşılaşmayıb. “Atletiko” ilə “Real”ın finala çıxması yeni bir tarix olub.
Qeyd edək ki, Çempionlar Liqasının final oyunu mayın 24-də Lissabonda keçiriləcək. "Atletiko"nun sponsoru "Baghlan Group" şirkətinin sahibi Hafiz Məmmədovdur. Bundan başqa komanda Gənclər və İdman Nazirliyi ilə olan müqaviləyə əsasən, 2015-ci ildə keçiriləcək I Bakı Yay Olimpiya Oyunlarını reklam edir. Bu öhdəliyinə görə "Atletiko" ilə 15 milyon dollarlıq müqavilə imzalanıb.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR