Lavrovdan sərt açıqlama

Lavrovdan sərt açıqlama

Lavrov hadisədən dərhal sonra həmkarı Mevlut Çavuşoğlu ilə telefonla danışdığını deyib

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bu gün Moskvada keçiriləcək Türkiyə, Rusiya və İranın qatılacağı toplantıdan əvvəl açıqlama verib. Bizimyol.info xəbər verir ki, Lavrov səfir Andrey Karlovun öldürülməsində məqsədin Suriyadakı terrorizmə qarşı verilə mübarizənin qarşısını almaq olduğunu deyib. 

Lavrov dünən baş vermiş hadisəni qınayıb və bildirib ki, qurulmuş planlar boşa çıxacaq: "Bu toplantıda, bu qətlin əmrini verən və hazırlayanları bəsləyənlərin planlarını gerçəkləşdirmələrini imkansız hala gətirəcək tədbirlər görəcəyik."

Lavrov hadisədən dərhal sonra həmkarı Mevlut Çavuşoğlu ilə telefonla danışdığını deyib. 

Qeyd edək ki, Mevlut Çavuşoğlu toplantıda iştirak etmək üçün dünən Moskvaya gedib.

Xatırladaq ki, dünən axşam saatlarında Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov sui-qəsd nəticəsində öldürülüb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az