Lerik rayonunun Rvarud kəndi ərazisindəki göl məcrasını aşıb.
“Vətəninfo.az” APA-nın cənub bürosuna istinadən xəbər verir ki, hadisə ötən gecə saat 4.00 radələrində qeydə alınıb. Gölün suyu ətrafdakı evlərin həyətyanı sahələrini basıb. Mövcud vəziyyət barədə müvafiq qurumlara məlumat verilib. Hadisə yerinə təcili olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin əməkdaşları gəlib. İlkin araşdırmalara görə, kənddə 4 fərdi yaşayış evinin həyətini su basıb, bir evin içərisi isə tamamilə su ilə dolub və oradakı əşyalara ziyan dəyib. Hazırda aidiyyatı qurumlar hadisə yerində qəzanın fəsadlarını aradan qaldırmaqla məşğuldur.
Gölün hansı səbəbdən daşması faktı dəqiqləşdirilir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR