"Lotu Quli"nin "güllələnməsi"nin VİDEOSU YAYILDI

Sosial şəbəkələrdə atışma videosu yayılıb və şərhlərdə iddia olunur ki, guya bu kadrlar kriminal avtoritet Nadir Səlifovun ("Lotu Quli”) qətlinin görüntüsüdür.

Videoda ağ rəngli avtomobildə bir qrup insan dayanacaqda durmuş avtomobilləri əzərək atəş açır. Kadr arxasındakı qadın səsi bildirir ki, atışma nəticəsində "Lotu Quli” qətlə yetirilib.
Miq.az xəbər verir ki, məlumatı dəqiqləşdirmək üçün virtualaz.org-un əməkdaşları Nadir Səlifovun özü ilə əlaqə yaradlblar və o, həmin məlumatı şəxsən təkzib
edib.
Məlum olub ki, kriminal avtoritetə qarşı heç bir sui-qəsd olmayıb, onun özü isə hazırda İstanbulda yaşayır. 
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az