"Matçın nəticəsini qənaətbəxş hesab edirəm. Biz bu oyunla sübut etdik ki, yarımfinala layiqik".
Bunu apasport.az saytının Dohaya ezam olunmuş əməkdaşına "Rabitə"nin baş məşqçisi Marçello Abbondanza deyib.
İtaliyalı mütəxəssis klublararası dünya çempionatında "Bohay Bank"a 3:1 hesabı ilə qalib gəldikləri oyuna münasibət bildirib: "Bizim üçün Çin klubu yeni idi. Heyətində güclü voleybolçular da yer almışdı. Oyunun gedişində hətta onlara qalib gəlmək üçün yeni bir ideya axtarırdıq. Düşünürdük ki, hansı lazımı taktika ilə onları məğlub etmək olar".
Abbondanza nəticədən razı olsa da, oyundan narazı qalıb:
"Görüşümüzü mükəmməl qiymətləndirməzdim. Amma qalib gəlmək üçün əlimizdən gələni etdik. Hazırda yarımfinal barədə fikirləşirik. Yəni, finala yüksəlmək üçün daha bir qələbə vacibdir".
Qeyd edək ki, "Rabitə" yarımfinala qrup ikincisi kimi yüksələrək, digər qrupun qalibinin müəyyənləşməsini gözləyir
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR