Əsgər Ceyhun Qubadovun öldüyü hərbi hissənin yerləşdiyi Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev musavat.com-a açıqlama verib. İH başçısı əsgərin döyülərək öldürülməsi ilə bağlı şayiələr dolaşdığını etiraf etsə də, ölümün əsl səbəbinin istintaq zamanı ortaya çıxacağını bildirib: “Baş verən hadisə ilə bağlı Hərbi Prokurorluqda cinayət işi açılıb, istintaq davam edir. Mən onların ailəsinə başsağlığı verdim. Cənazənin əsgərin ailəsinə aparılmasına da xüsusi diqqət göstərdim. Hazırda işlə bağlı araşdırma gedir, bu da istintaqın işidir. İstintaq işi araşdırıb hüquqi qiymət verəcək, buna uyğun da iş görüləcək”.
“Əsgərin ailəsinə baş çəkdinizmi” sualına Ə.Abıyev bu cür cavab verib: “Hazırda Daşkəsənə çox güclü qar yağıb. Metr yarıma qədər qar var rayonda. Həm bu vəziyyətdə rayonu başsız qoyub çıxmam düzgün olmazdı, həm də qarın yağması hərəkət məhdudiyyəti yaratdığından Bakıya gəlməkdə çətinlik yaranıb. Amma ilk fürsətdə mərhum Ceyhun Qubadovun anasına baş çəkəcəm”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR