MƏRYƏM ƏLİYEVA: "Sən məndən ulduzu, Ayı gizləmə"

MƏRYƏM ƏLİYEVA:

Günəşim! Mən elə istəmədim ki,
Parıltın oyatsın yarı cismimi.
Görünmək istədim göyqurşağıtək,
Rəngləri boyasın barı ömrümü.

Nur saçsın şöləsi zülmətdə qalan,
Könlümün güngörməz pəncərəsinə.
Əritsin don vurmuş şüşələrini,
İstisi qarışsın öz istisinə.

Yoxsa ki,həyat da gəlib ,keçici,
Bu gün qönçələnən,sabah tökülür.
İlk bahar boy verən bənövşə belə,
Zamanı gələndə boynu bükülür.

Bilmirəm,sən söylə nə eyləyim ki,
Qaranlıq üzünü rübəndləməsin.
Kiçik bir qığılcım düşmək istəsə,
Buludlar önünü kəməndləməsin.

Həsrətin çəkməyim bütöv göy üzün,
Sən məndən ulduzu ,Ayı gizləmə.
Tamarzı eyləmə şehin nəminə,
Baharı keçməyən yayı gözləmə.

MƏRYƏM ƏLİYEVA
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az