Azərbaycan-Türk Futbol Məktəbinin açılması Türkiyədə böyük maraqla qarşılanıb. Türkiyənin tanınmış texniki direktorlarından biri olan Yilmaz Vural və Güvən Kurtardan sonra, türk ftubolunda ”Xilas” ləqəbi daşıyan, Türkiyə birinci liqasında ən çox çempionluq yaşayan Ercan Albaydan təbrik məktubu gəlib. E.Albay Azərbaycan-Türk Futbol Məktəbinin direktoru və özünün xarici ölkələrdəki meneceri olan Yusuf Uncular vasitəsilə təbriklərini çatdırıb.
O, açılış mərasimində iştirak edəcəyini və məktəbin fəaliyyətinə böyük ümidlər bəslədiyini vurğulayıb. Bu məktəbdə yetişən futbolçuları yaxından izləyəcəyini və onları müxtəlif komandalara təqdim edəcəyini deyən E.Albay Azərbaycanın super liqasını yaxından izlədiyini və təklif gələrsə, dəyərləndirəcəyini söyləyib. Xatırladaq ki, 2 il bundan öncə E.Albay Antalyada “Nefçi” Futbol Klubunun prezidenti Sadiq Sadiqovla görüşüb. S.Sadiqov “Neftçi”yə bir türk məşqçi gətirilsə, bu, Ercan Albay olacaq” deyib.
Qeyd edək ki, Futbol meydançası, Bakı şəhəri, Nərimanov rayonunu, Qafur Murad küçəsi (DİN Hospitalının arxası), 207 saylı orta məktəbin yanında yerləşir. Əlaqə nömrələri: 050 556 56 08, 050 721 76 68
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR