MHP Türkiyədə koalisiya hökumətinin qurulması ilə bağlı şərtlərini açıqlayıb. -
Vətəninfo.az Axar.az-a istinadla xəbər verir ki, partiyanın AKP ilə koalisiyaya getmək üçün dörd şərti var. MHP sədri Dövlət Baxçalı Baş nazir Əhməd Davudoğlu ilə görüşəcəyi təqdirdə bu şərtləri şəxsən çatdıracaq.
MHP-nin şərtləri isə bunlardır:
1. Prezident idarəetmə üsuluna keçilməsi fikrindən imtina və parlament sistemilə davam etmək;
2. Türk şəxsiyyəti və unitar dövlət quruluşunun dəyişdirilməsi ilə bağlı konstitusiyaya heç bir dəyişikliyin edilməməsi;
3. 17-25 dekabr əməliyyatı (2003-cü il) zamanı adı rüşvətə qarışan şəxslərin məsuliyyətə cəlb edilməsi;
4. PKK ilə danışıqlardan imtina edilməsi.
Qeyd edək ki, iyunun 7-də keçirilən parlament seçkisində AKP 258, CHP 132, MHP 80, HDP 80 millət vəkili yeri qazanıb. Türkiyədə bir partiyanın təkbaşına hökumət formalaşdırması üçün parlamentdə ən azı 276 millət vəkili yeri qazanması lazımdır. Hazırkı nəticələr isə koalisiya hökumətinin qurulmasını tələb edir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL