Opera və Balet Teatrını mətbuat xidmətindən Vətəninfo.az-a verilən məlumata görə, aprelin 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasının tamaşası keçiriləcəkdir. Məlum olduğu kimi, “Koroğlu” milli opera sənətimizin incisi, onun ən yüksək zirvəsidir.
Azərbaycan Dövlət Opera və Balet Teatrının kollektivi bu tamaşanı Ümumilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr etmişdir.
Tamaşada Teatrın ən yaxşı yaradıcı qüvvələri iştirak edəcəkdir. Xalq Artisti Samir Cəfərov Koroğlu, gənc və istedadlı vokalçı İlahə Əfəndiyeva Nigar partiyasını ifa edəcəkdir. Tamaşada həmçinin Azərbaycanın Xalq Artistləri Şahlar Quliyev, Əli Əsgərov, Nəzakət Teymurova, habelə Əməkdar Artistlər Nizami Bağırov, Sabir Əliyev və b. çıxış edəcəklər.
Tamaşanın dirijoru Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərovdur.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR