Meyxanaçı Namiq Qaraçuxurlunun baş rolda çəkildiyi “Toy gecəsi” bədii televiziya serialının 1-ci bölümü bu axşam saat 19.00-da ATV kanalında nümayiş olunacaq.
Axşam.az xəbər verir ki, serialın ssenari müəllifi Samir Sədaqətoğlu, quruluşçu-rejissoru Yaşar Əhmədov, bəstəkarı Rəşad Hüseynovdur.
Ailə institutu haqqında dram olan “Toy gecəsi”ində tamah, paxıllıq, qısqanclıq, qadına şiddət, nakam və saf sevgi serial boyu dinamik, gərgin və didaktik süjet hesabına tamaşaçılara təqdim olunur.
Serialda Namiq Qaraçuxurlu ilə yanaşı Xalq artistləri Məzahir Süleymanov, Pərvanə Qurbanova, Əməkdar artistlər Mehriban Xanlarova, Eldəniz Rəsulov, Firəngiz Babayeva, habelə aktyorlar Dəniz Tacəddin, Aviya Paşazadə, Əjdər Zeynalov, Ülviyyə Rza, Mehriban Zəliyeva, Elxan Rza, Səmimə Səlimova, Elcin İmanov, Eşqin Quliyev, Toğrul Rza, Aynur Abbasova, İlkin İbayev və başqaları çəkiliblər.
Yayımından əvvəl böyük marağa səbəb olmuş “Toy gecəsi” serialını bu gündən etibarən hər həftənin çərşəmbə günü saat 19.00-da ATV kanalında izləyə bilərsiniz.
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?